525.Az

"Neftçi" iki futbolçu ilə yolları ayırdı


 

"Neftçi" iki futbolçu ilə yolları ayırdı<b style="color:red"></b>

"Neftçi" iki futbolçu ilə yolları ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fələstinli yarımmüdafiəçi Ataa Caber və qapıçı Aqil Məmmədovun başa çatan müqaviləsi yenilənməyib.

2022-ci ilin iyununda transfer olunmuş Caber “Neftçi”nin heyətində 58 rəsmi oyunda meydana çıxıb, 9 qol vurub. Aqil Məmmədov isə 2015-2016, 2018-2024-cü illər ərzində “Neftçi”nin heyətində 112 oyun keçirib.

 





28.06.2024    çap et  çap et