525.Az

Almaniya Aİ-dən daha çox pul istəyib


 

Almaniya Aİ-dən daha çox pul istəyib<b style="color:red"></b>

Almaniya Kansleri Olaf Şolts Avropa İttifaqından (Aİ) Ukraynadan olan qaçqınlar üçün daha çox maliyyə dəstəyi istəyib.

525.az xəbər verir ki, Şolts Brüsseldə keçirilən Aİ Liderlər Zirvəsi öncəsi jurnalistlərə açıqlama verib. 

Aİ ölkələrinin milyonlarla ukraynalı qaçqını qarşıladığını bildirən Şolts, ən çox qaçqını Almaniya, Polşa, Çexiya və bir neçə başqa ölkənin qəbul etdiyini vurğulayıb.

Qeyd edək ki, Şolts zirvədəki mühüm məsələlərdən birinin Aİ-nin yüksək rəhbərliyinin qərarı olduğuna diqqət çəkib.

Məhəmməd Tağıyev

 





28.06.2024    çap et  çap et