525.Az

Bu il Cəbrayıl şəhərində 33 yaşayış binasının təhvil verilməsi planlaşdırılır


 

Bu il Cəbrayıl şəhərində 33 yaşayış binasının təhvil verilməsi planlaşdırılır<b style="color:red"></b>

Bu il ərzində Cəbrayıl şəhərində 712 mənzildən ibarət 33 yaşayış binasının təhvil verilməsi planlaşdırılır.

Bunu "Report"a Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O əlavə edib ki, Cəbrayıl rayonunun Horoğlu qəsəbəsinə köç nəzərdə tutulur: "Hazırda Cəbrayılın Şükürbəyli kəndində, Qubadlı rayonunun Zilanlı və Maxruzlu kəndlərində, Zəngilanın şəhər mərkəzində böyük tikinti işləri aparılır".

 





28.06.2024    çap et  çap et