525.Az

Almaniyada Trampın Ağ Evə mümkün qayıdışı “tarixi faciə” adlandırılıb


 

Almaniyada Trampın Ağ Evə mümkün qayıdışı “tarixi faciə” adlandırılıb<b style="color:red"></b>

“Donald Trampın ABŞ prezidentiliyinə mümkün qayıdışını tarixi faciə olardı”.

525.az xəbər verir ki, bunu hazırkı prezident Co Baydenlə Donald Tramp arasındakı debatdan sonra Bundestaqın Müdafiə Komitəsinin sədri Mari-Aqnes Ştrak-Zimmerman deyib.

"Demokratlar ona qarşı güclü namizəd irəli sürə bilmədikləri üçün Tramp kimi bir adamın yenidən prezident ola bilməsi bütün dünyanın hiss edəcəyi tarixi faciə olacaq", - parlamentari bildirib.

Bundan əvvəl Almaniyanın Der Spiegel jurnalı ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Co Bayden arasında ilk debatın hazırkı dövlət başçısı üçün “hücuma keçmək” şansı yaratdığına baxmayaraq, debatın onun üçün fəlakətə çevrildiyini yazıb.

Tramp ilə debat zamanı Bayden bir sıra səhvlərə yol verib, açıqlamaları aydın olmayıb. Bundan əlavə, onun səsi titrəyib, debata çox sakit başlayıb. Teledebatdan sonra Bayden həyat yoldaşının köməyi ilə auditoriyanı tərk edib.

CNN-in sorğusuna əsasən, Donald Tramp debatı izləyənlərin 67%-i üçün daha inandırıcı olub. Bundan əlavə, 57% Baydenin prezident postunu tutmağa qadir olduğuna şübhə edib.

Pərvanə Sultanova

 





28.06.2024    çap et  çap et