525.Az

Yunanıstan Skopyeni şimal bölgələrinə iddialarda ittiham edir


 

Yunanıstan Skopyeni şimal bölgələrinə iddialarda ittiham edir<b style="color:red"></b>

Yunanıstan Skopyeni şimal bölgələrinə iddialarda ittiham edir

Yunanıstan Şimali Makedoniya rəhbərliyini bu ölkənin adının dəyişdirilməsi ilə bağlı 2018-ci il Prespa sazişini pozmaqda, vaxtilə Qədim Makedoniya ərazisində yerləşən bütün torpaqları yenidən birləşdirməyə çalışmaqda və Yunanıstanın şimal bölgələrinə iddia etməkdə günahlandırıb.

525.az xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, Yunanıstanın xarici işlər naziri artıq müvafiq pozuntuları Avropa ittifaqı Şurasındakı həmkarlarının diqqətinə çatdırıb və bunu davam etdirəcək. Bundan əlavə, məsələ Yunanıstan hökuməti tərəfindən beynəlxalq səviyyədə qaldırılıb.

“Şimali Makedoniya rəhbərliyi hər gün Avropa qanunvericiliyinin və beynəlxalq hüququn əsası olan mehriban qonşuluq münasibətlərindən getdikcə daha da uzaqlaşır”, - bəyanatda deyilir.

Mayın 12-də inaqurasiya mərasimində Şimali Makedoniya prezidenti Qordana Siljanovska-Davkova öz ölkəsini sadəcə Makedoniya adlandırıb və bu, Afinanın mənfi reaksiyasına səbəb olub. Eyni zamanda, Baş nazir Xristian Mitskoski ölkənin konstitusiyada adına "Şimal” sözünün daxil edilməsini "rüsvayçılıq” adlandırıb.

Yunanıstanda qonşu dövlətin belə bir addan istifadə etməsini Makedoniyanın şimal yunan bölgələrinə qarşı iddia, eləcə də yunan Qədim Makedoniya tarixinin mənimsənilməsi kimi qəbul edilir.

2018-ci il iyunun 17-də Makedoniya və Yunanıstanın xarici işlər nazirləri Şimali Makedoniya Respublikasının yeni rəsmi adı ilə bağlı saziş imzalayıblar. Bu sənədin hər iki tərəfdən ratifikasiyası Şimali Makedoniyanın NATO-ya yolunu açdı. Şimali Makedoniya 27 mart 2020-ci ildə Alyansının 30-cu üzvü oldu.

Pərvanə Sultanova

 

 

 





28.06.2024    çap et  çap et