525.Az

Fransa müxalifəti Makronun koalisiyasını üstələyib - Sorğu


 

Fransa müxalifəti Makronun koalisiyasını üstələyib - <b style="color:red">Sorğu</b>

Fransada növbədənkənar parlament seçkilərinə iki gün qalmış keçirilən sorğularda müxalifət prezident Makronun koalisiyasını üstələyib.

525.az xəbər verir ki, OpinionWay mərkəzinin sorğusunun nəticələrinə əsasən, ifrat sağçı Marin Le Penin və solçuların blokları Emmanuel Makronun blokunundan daha çox dəstək.

OpinionWay-ın vitse-prezidenti Bruno Janbart deyib ki, fransızlar fikirlərini dəyişməyib və hələ də Emmanuel Makronu cəzalandırmaq istəyirlər.

Onun sözlərinə görə, Marin Le Penin Milli Birlik partiyası kampaniyanı Avropa reytinqindən yuxarı göstəricilərlə başa vurur. Seçicilərin 37%-i ona səs verməyə hazırdır. Solçu qüvvələr blokunu seçicilərin 28%-i dəstəkləyir. “Respublika üçün birlikdə” prezident koalisiyası 20% səslə sorğuda üçüncü yeri tutub.

İyunun 30-da Fransada erkən parlament seçkiləri keçiriləcək.

Pərvanə Sultanova

 





28.06.2024    çap et  çap et