525.Az

Aygün Attar Azərbaycana qarşı kampaniya aparanlarla bağlı çağırış etdi - FOTO


 

Aygün Attar Azərbaycana qarşı kampaniya aparanlarla bağlı çağırış etdi - <b style="color:red">FOTO</b>

Türkiyədə yaşayan azərbaycanlı professor Aygün Attar son vaxtlar Türkiyədə Azərbaycana qarşı kampaniya aparanlarla bağlı çağırış edib. 

525.az AZXEBER.COM-a istinadən xəbər verir ki, o, Azərbaycanın güya Fələstin müsəlmanlarına qarşı döyüşmək üçün İsrailə əsgər göndərilməsi bağlı paylaşımları sərt şəkildə tənqid edib. 

Aygün Attar açıqlamasında deyib:

"Bu hesab Azərbaycana qarşı ciddi və əsassız böhtan kampaniyası aparır. O, son vaxtlar işğala və işğalçılara qarşı 23 min şəhid verən qəhrəman Azərbaycan xalqına böhtanlar yağdırır, gənclərimizin Fələstinə qarşı muzdlu kimi döyüşdüyünü iddia edir. Hətta onun dediyi ad da uydurmadır. Çünki Azərbaycanda Mirzə adı demək olar ki, işlədilmir. Bu şəxs qardaş və dost olmaqdan da artıq bir xalq olduğumuz Azərbaycanı, onun xalqını, dövlətini, hökumətini açıq şəkildə hədəfə alır, özündə cəsarət tapır. Üstəlik, özünü araşdırmaçı jurnalist kimi qələmə verən bu hesab sahibinin mənbəyi fars dilində Azərbaycan əleyhinə qara təbliğat aparan hesabdır. Korla kar bir-birini qarşılayır deyənlər məhz belədir. Mən vicdansız, insanlıqdan uzaq türklərə nifrətdən qidalanan qrupa Azərbaycana qarşı etdikləri bütün ağır təhqirlərin əvəzini verir, Türkiyə ilə Azərbaycan arasında nifaq toxumu səpənləri şiddətlə qınayıram. 

İkinci Qarabağ müharibəsində Ermənistan və Fransanın Azərbaycana qarşı irəli sürdüyü böhtan, Azərbaycan və Türkiyənin xaricdən Qarabağda döyüşmək üçün muzdlu əsgərlər gətirməsi, bu yalanı çıxaranların əlində partladığı kimi, bu böhtan da əlində partlayacaq".

Aygün Attar daha sonra Türkiyə DİN-ə müraciət edib:

"Hörmətli Daxili İşlər Naziri Ali Yerlikayanı aşağıdakı hesab sahibi ilə bağlı tədbir görməyə dəvət edirəm. Guya araşdırmaçı jurnalist adına layiq görülən, xalqı nifrətə, kin-küdurətə sövq edən davranışlar sərgiləyən bu şəxs kimdir və ona Azərbaycanla düşmənçilik etmək cəsarətini kim və ya nə verir? Azərbaycan-Türkiyə qardaşlığı bizim qırmızı xəttimizdir, heç kim o xətti keçməyə çalışmasın!”.

Aygün Attarın bəhs etdiyi həmin hesabı təqdim edirik:

 





29.06.2024    çap et  çap et