525.Az

Azərbaycanın daha bir boksçusu finala yüksəlib


 

Azərbaycanın daha bir boksçusu finala yüksəlib<b style="color:red"></b>

Azərbaycanın təmsilçisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmə boksçular arasında Avropa birinciliyində finala yüksəlib.

525.az xəbər verir ki, Nihat Qasımov 48 kq-da Filip Stanoyeviçi (Serbiya) məğlub edib.

O, 5:0 (30:27, 30:27, 30:26, 29:27, 30:26) hesabı ilə qalib gəlib və həlledici döyüşə yüksəlib.

Aylin Nəzərova (48 kq) yarımfinalda italiyalı Giorgia La Rosa, Əminə Tağı (52 kq) Maria Semeniçiuçlə (Rumıniya) qarşılaşıb. Finala rəqib vəsiqə qazandığından boksçularımız bürünc medala sahib olublar.

Qeyd edək ki, daha öncə Səftər Məmmədzadə də finalda iştirak hüququ qazanıb. Həlledici döyüşlər iyunun 30-da olacaq

 





29.06.2024    çap et  çap et