525.Az

Azərbaycan manatının real effektiv məzənnəsi mayda azalıb


 

Azərbaycan manatının real effektiv məzənnəsi mayda azalıb<b style="color:red"></b>

Bu il iyunun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 104,3 bənd təşkil edib.

525.az-a bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, aylıq müqayisədə 0,5 bənd az, ilin əvvəlinə nisbətən 2,3 bənd çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8,2 bənd çoxdur.

Bu il mayın sonuna manatın real effektiv məzənnəsi isə 120,1 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1,7 bənd, ilin əvvəlinə nisbətən 1,3 bənd, illik müqayisədə isə 1,9 bənd azdır.

 





29.06.2024    çap et  çap et