525.Az

Bakıda yük avtomobilinin üzərindəki texnika yolun hərəkət hissəsinə aşıb


 

Bakıda yük avtomobilinin üzərindəki texnika yolun hərəkət hissəsinə aşıb<b style="color:red"></b>

Bakıda yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə aşıb.

525.az-a Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında baş verib.

Hadisə barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.

Hazırda sıxlığın yaranmaması, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər görülür.

 





29.06.2024    çap et  çap et