525.Az

Azərbaycanda manatla geniş pul kütləsi 13 % artıb


 

Azərbaycanda manatla geniş pul kütləsi 13 % artıb<b style="color:red"></b>

Bu il iyunun 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 44 milyard 847,6 milyon manat təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu, aylıq müqayisədə 0,9 % az, ilin əvvəlinə nisbətən 0,5 % az, illik müqayisədə isə 8,4 % çoxdur.

O cümlədən, manatla geniş mənada pul kütləsinin həcmi mayın sonuna 34 milyard 409,4 milyon manat təşkil edib. Bu, aoprelin sonuna olan analoji göstəricidən 0,4 % çox, ilin əvvəlinə nisbətən 2,7 % az, illik müqayisədə isə 13,3 % çoxdur.

 





29.06.2024    çap et  çap et