525.Az

Məzahir Pənahov: Milli Məclisə seçkilər suveren respublikanın hər yerində keçiriləcək


 

Məzahir Pənahov: Milli Məclisə seçkilər suveren respublikanın hər yerində keçiriləcək<b style="color:red"></b>

Milli Məclisə seçkilər Azərbaycanın bütün ərazilərində, suveren respublikanın hər yerində keçiriləcək.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

"Düzdür, azad olunmuş ərazilərə əhali tam köçürülməyib. Amma prezident seçkisi də bu şəkildə keçirildi və hesab edirəm ki, növbədənkənar parlament seçkisi də həmin standartlara uyğun təşkil olunacaq", - deyə sədr bildirib.

O qeyd edib ki, bu seçki də tarixi əhəmiyyət daşıyan hadisə olacaq.

 





29.06.2024    çap et  çap et