525.Az

Ərdoğan Şuşaya GƏLƏCƏK


 

Ərdoğan Şuşaya <b style="color:red">GƏLƏCƏK</b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyul ayında bir sıra ölkələrə səfər edəcəyi gözlənilir.

525.az Modern.az-a istinadən xəbər verir ki, Türkiyə Preizidentinin iyul ayı üzrə səfərlərinin siyahısı açıqlanıb.

Belə ki, Ərdoğan 3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət və Hökumət Başçılarının zirvə toplantısında iştirak edəcək.

Bundan sonra o iyulun 6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirak edəcək.

Qeyd edək ki, Ərdoğan 9-11 iyul tarixlərində ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək NATO liderlərinin zirvə görüşündə də iştirak edəcək.

 





30.06.2024    çap et  çap et