525.Az

Qəzzada ölən fələstinlilərin sayı 38 minə çatır


 

Qəzzada ölən fələstinlilərin sayı 38 minə çatır<b style="color:red"></b>

Qəzza zolağında hərbi əməliyyatlara başlayandan bəri həlak olan fələstinlilərin sayı 37 877 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, zərərçəkənlərin sayı 86 969 nəfərdir.

Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

 





30.06.2024    çap et  çap et