525.Az

Suriyada terrorçuların hücumu zamanı bir neçə hərbçi həlak olub


 

Suriyada terrorçuların hücumu zamanı bir neçə hərbçi həlak olub<b style="color:red"></b>

Suriya ordusunun azı dörd hərbçisi Şərqi Homs əyalətində terroçuların silahlı hücumu zamanı həlak olub.

525.az "Report"-a istinadən xəbər verir ki, hərbçilər İŞİD terror təşkilatının yaraqlıları tərəfindən pusquya salınıb.

Atışma Tel-Şehab rayonunda hökumət qüvvələrinin postu yaxınlığındakı magistral yolda baş verib, ölənlər arasında leytenant rütbəli zabit də var.

Əraziyə Suriya qoşunlarının xüsusi təyinatlıları cəlb olunub, terrorçuların hücumu dəf edilib.

 





30.06.2024    çap et  çap et