525.Az

Bakı-Sumqayıt avtobuslarında gedişhaqqı 70 qəpik olub


 

Bakı-Sumqayıt avtobuslarında gedişhaqqı 70 qəpik olub<b style="color:red"></b>

Bakı-Sumqayıt avtobus marşrutlarında bir gediş üzrə qiymət dəyişib.

525.az-ın xəbərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası bu barədə qərar verib.

Bakı-Sumqayıt (Sumqayıt-Bakı) müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 70 qəpik təsdiq edilib.

Qeyd edək ki, bundan öncə Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixli qərarı ilə Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik təsdiq edilmişdi

 





30.06.2024    çap et  çap et