525.Az

Yusuf Yazıcı "Lill"dən ayrıldı


 

Yusuf Yazıcı "Lill"dən ayrıldı<b style="color:red"></b>

Türkiyə millisinin üzvü Yusuf Yazıcı "Lill"dən ayrılıb.

QOL.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bununla bağlı özü məlumat yayıb.

O, sosial şəbəkə hesabında Fransa klubu ilə vidalaşıb. 

Qeyd edək ki, Y.Yazıcı 2019-cu ildə "Trabzonspor"dan "Lill"ə keçmişdi. O, bu komanda ilə Fransa Superkubokunun və Liqa 1-in qalibi olub.

 





30.06.2024    çap et  çap et