525.Az

Xocavənddə 1 tondan artıq yabanı çətənə bitkisi yandırılıb


 

Xocavənddə 1 tondan artıq yabanı çətənə bitkisi yandırılıb<b style="color:red"></b>

Xocavənd rayonu, Qırmızı Bazar qəsəbəsinin ərazisində 1 tondan artıq yabanı çətənə bitkisi yandırılıb.

525.az-a bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçiriblər.

Nəticədə sözügedən ərazidə yabanı halda bitən 1 tondan artıq 4650 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

 





01.07.2024    çap et  çap et