525.Az

Dağıstanda terror aktları nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb


 

Dağıstanda terror aktları nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb<b style="color:red"></b>

İyunun 23-də Dağıstanda baş vermiş terror aktları nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

525.az Report-a istinadən xəbər verir ki, bu barədə Dağıstanın rəhbəri Sergey Məlikov Mahaçqalada vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşündə deyib.

“Təəssüf ki, Dağıstanda törədilən terror aktları nəticəsində 22 nəfər həlak olub: 21 nəfər terror aktları zamanı, bir gün sonra isə polis əməkdaşı ağır xəsarətlərdən ölüb”, - o vurğulayıb.

Daha əvvəl 21 nəfərin öldüyü barədə məlumat verilmişdi.

 





01.07.2024    çap et  çap et