525.Az

Peruda 7,2 bal gücündə zəlzələ


 

Peruda 7,2 bal gücündə zəlzələ<b style="color:red"></b>

Cənubi Amerika ölkəsi olan Peruda 7,2 bal gücündə zəlzələ baş verib.

525.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) 7,2 bal gücündə zəlzələnin 28 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb.

Belə ki, Perunun Atikipa bölgəsinin qərbində yerli vaxtla gecə yarısı baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

Qeyd edək ki, ilkin açıqlamalarda can və ya mal itkisi barədə məlumat verilməyib.

Məhəmməd Tağıyev

 





01.07.2024    çap et  çap et