525.Az

Volkswagen-də hava yastığı problemi: 271 mindən çox avtomobil geri çağırılıb


 

Volkswagen-də hava yastığı problemi: <b style="color:red">271 mindən çox avtomobil geri çağırılıb</b>

Alman avtomobil istehsalçısı Volkswagen, ehtimal olunan qəza zamanı ön sərnişin hava yastığının açılmaması səbəbi ilə ABŞ-də 271 mindən çox avtomobili geri çağırıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın avtomobil istehsalçısı Volkswagen ABŞ-dəkı avtomobillərini təhlükəsizlik yastığı problemlərinə görə geri çağırıb.

ABŞ Milli Avtomobil Yolları Nəqliyyat Təhlükəsizliyi İdarəsi tərəfindən verilən açıqlamada, geri çağırışın 2021-2024 Atlas və 2020-2024 Atlas Cross Sport model avtomobilləri əhatə etdiyi bildirilib.

Malik Atilay 

 





01.07.2024    çap et  çap et