525.Az

Serbiya və Albaniya yığmaları Avro-2016-dan kənarlaşdırılır?


 

Serbiya və Albaniya yığmaları Avro-2016-dan kənarlaşdırılır?<b style="color:red"></b> Avro-2016-nın seçmə mərhələsində keçirilən Serbiya - Albaniya matçında baş verən insidentlə bağlı UEFA araşdırmaya başlayıb.

Lent.az-ın məlumatına görə, qurumun İntizam Komitəsi qərarını oktyabrın 23-də açıqlayacaq. İngiltərə mətbuatının iddiasına gıörə, həm Serbiya, həm də Albaniya yığmaları AÇ-2016-nın təsnifat mərhələsindən kənarlaşdırılacaq.

Qeyd edək ki, sözügedən matçın 44-cü dəqiqəsində pultla idarə olunan mini helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı Albaniya bayrağı meydançaya endirilib. Məhz bundan sonra futbolçuları arasında gərginlik yaşanıb. Nəticədə baş hakim oyunu yarımçıq saxlamaq məcburiyyətində qalıb.
 





16.10.2014    çap et  çap et