525.Az

Moskvada 18 yaşlı Azərbaycan vətəndaşı barəsində cinayət işi açılıb


 

Moskvada 18 yaşlı Azərbaycan vətəndaşı barəsində cinayət işi açılıb<b style="color:red"></b>

Gəlin kortejindən havaya atəş açan Seymur Nəbizadə xuliqanlıqda ittiham olunur

 Rusiya paytaxtında hərəkətdə olan gəlin kortejindən havaya atəş açan 18 yaşlı Azərbaycan vətəndaşı barəsində cinayət işi açılıb.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsindən bildirilib.
 
İdarədən 1994-cü il təvəllüdlü Seymur Nəbizadə barəsində Rusiya Cinayət Məcəlləsinin 213-cü (xuliqanlıq) maddəsi ilə cinayət işinin açıldığı, araşdırmaların aparıldığı bildirilib.
 
Qeyd edək ki, dünən saat 16:00 radələrində Moskvanın Akademik Anoxin küçəsində silah səsləri eşidilib. Gəlin kortejində olan avtomobillərin birindən havaya travmatik silahla atəş açılıb. Hadisə şahidləri və yerli sakinlər polisə bu barədə məlumat veriblər. Polis gəlin kortejindəki avtomobilləri saxlamağa cəhd etsə də, avtomobillərin sürücüləri polisin “Saxla!” əmrinə riayət etməyiblər. Bir neçə polis maşını maşın karvanını toy mərasiminin keçirildiyi “Safisa” şadlıq sarayına qədər qovub. Yolu bağlayan polis maşınları saxlayıb. Doqquz azərbaycanlının üzərinə və avtomobillərinə baxış keçirilib. Bu zaman Seymur Nəbizadənin üzərindən 1 ədəd “Makarov“ tipli travmatik tapança, avtomobilindən isə bir ədəd travmatik silah, qandal və çoxlu sayda patron aşkarlanaraq götürülüb.
 
Bu gün Nikulinskiy Rayon Məhkəməsində 9 azərbaycanlı barəsində işə baxılıb. Onlardan 8-i barəsində inzibati cəza tətbiq edilib.

 





13.11.2012    çap et  çap et