525.Az

Gürcüstanda hərbi helikopter qəzaya uğrayıb, ölən var


 

Gürcüstanda hərbi helikopter qəzaya uğrayıb, ölən var<b style="color:red"></b>

Gürcüstan Müdafiə Nazirliyi ölkənin şərqində helikopterin qəzaya uğraması və pilotun ölümü ilə bağlı məlumatı təsdiqləyib.

525.az "Report"-a istinadən xəbər verir ki, bununla bağlı Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

“Planlı hərbi təlimlər zamanı Müdafiə Qüvvələrinə məxsus təyyarələrdən biri qəzaya uğrayıb. Qəza nəticəsində Müdafiə Qüvvələrinin aviasiya-hava komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub. Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün ekspertiza aparır. Nazirlik həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı verir”, - deyə məlumatda bildirilib.

 





02.07.2024    çap et  çap et