525.Az

"Azərbaycan Qafqazda ən çox inkişaf etmiş ölkələrdən biridir"


 

"Azərbaycan Qafqazda ən çox inkişaf etmiş ölkələrdən biridir"<b style="color:red"></b>

Azərbaycanın Avropada sıx mədəni əlaqələrə malik olduğu ölkələrdən biri Avstriyadır. Bu günlərdə Avstriya hökumətinin mədəniyyət məsələləri üzrə məsləhətçisi, "Avropanın mədəniyyət paytaxtları" müsabiqəsinin münsiflər heyətinin üzvü Norbert Ridlin Bakıda səfərdə olub. Onunla müsahibə zamanı ilk növbədə səfərinin məqsədini açıqladı.

- İlk dəfə Azərbaycana 1998-ci ildə gəlmişəm. O zaman iki ölkə arasında mədəniyyət tədbirinə hazırlıq işləri aparılırdı. Həmin vaxt mən Avstriyanın Mədəniyyət Nazirliyində beynəlxalq mədəni əlaqələr üzrə departamentin rəhbəri idim. Əvvəllər mədəni əlaqələrimiz o qədər geniş deyildi. Sonradan biz prosesi intensivləşdirdik. 2000-ci ildə mədəni əməkdaşlıq sazişi ərsəyə gəldi, bu istiqamətdə hüquqi bazamız yarandı. Eyni zamanda hüquqi bazanın icra olunmasına, mübadiləyə da kifayət qədər vəsait lazımdır. Zaman keçdikcə, əlaqələrimiz sıxlaşdı, Avstriyanın Azərbaycanda səfirliyinin açılması bunu bir daha sübut edir. Hazırda ölkələrimizin müvafiq nazirlikləri arasında çox gözəl əlaqələr var.

Bakıya budəfəki səfərim 2015-ci ildə Avstriyada Azərbaycan mədəniyyət günlərinin təşkili ilə bağlıdır. Bununla əlaqədar Azərbaycan Mədəniyyət Turizm Nazirliyində müzakirələr apardıq. Nazir Əbülfəs Qarayevlə, nazir müavini Ədalət Vəliyevlə görüşümüz oldu. Biz tədbir müddətində nümayiş etdiriləcək proqramı, istiqamətləri müəyyənləşdirdik. Mədəniyyət günləri çərçivəsində Azərbaycan musiqisinin, miniatür kitablarının, folklorunun, turizminin təqdimatı, foto rəsm sərgilərinin təşkili, həmçinin bu tədbirlərin Vyana ilə yanaşı, paytaxta yaxın olan şəhərlərdə keçirilməsi yaxşı olardı. Düşünürəm ki, Avstriyada Azərbaycan filmlərinin nümayişi maraqla qarşılanar.

Bir sözlə, çox səmərəli görüşlər keçirdik. Avstriyada Azərbaycan mədəniyyəti günləri ilk dəfə 2000-ci ildə keçirilib. Müəyyən fasilədən sonra hər kəs tədbirdə daha yaxşı iştirak etmək istəyir. Etiraf etmək lazımdır ki, qarşılıqlı mədəniyyət günləri, incəsənət sahəsində mübadilə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

- Ümumiyyətlə, ölkələrimiz arasında mədəni əlaqələrin spektrini necə xarakterizə edərdiniz?

- Mədəni əlaqələrimiz iki istiqamətdə inkişaf edir: biri rəsmi, digəri isə incəsənət işçiləri arasında qurulan özəl əməkdaşlıqdır. Əlbəttə, nazirliklər səviyyəsində əlaqələrin mühüm rolu var. Mədəniyyətin müxtəlif sahələri üzrə fəal mübadilə var. Avstriya incəsənət nümayəndələrinin Bakıda, Gəncədə sərgiləri olub. Biz hər iki tərəfin belə qarşılıqlı tədbirlərini dəstəkləyirik. Musiqi sahəsində əlaqələrimizi xüsusi qeyd etməliyəm. Kitabxana sahəsində əlaqələr var. Sizin Mədəniyyət Turizm Nazirliyinizin müraciəti ilə Azərbaycandan mütəxəssislər gəlib, Nizami Gəncəvinin Vyana Dövlət Kitabxanasında saxlanılan "Xəmsə"sinə daxil olan kitablardan birini bərpa etdilər. Bu özü yaxın əlaqələrimizin olduğunu göstərir. Avstriya bütün dünyadan sənətçiləri işləməyə dəvət edir. Belə ölkələrdən biri Azərbaycandır. Azərbaycandan 7 rəssamı 2-3 ay müddətinə ölkəmizə dəvət etdik. Onlar Avstriya onun mədəniyyəti haqqında təəssürat əldə etdilər. Tez ya gec bu onların rəsm əsərlərində yəqin ki, öz əksini tapacaq. Azərbaycanla turizm sahəsində əlaqələrimiz inkişaf edir. Məsələn, Azərbaycan Turizm İnstitutu ilə Avstriyanın Krems Universiteti arasında əlaqələr qurulub. Eyni zamanda biz Azərbaycanda turizm işinin qurulması ilə bağlı təlim keçirmişik. "Şahdağ" turizm kompleksinin idarə olunmasında avstriyalı mütəxəssis iştirak edir.

- Maraqlıdır, hazırda avstriyalılar Azərbaycan mədəniyyətini dərəcədə tanıyırlar?

- Biz istəyirik ki, xalqlarımız bir-birimizin mədəniyyətini yaxından tanısın. Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin Avstriyada mədəniyyət günləri keçirmək qərarı bununla bağlıdır. Avstriyada Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin xətti ilə, eləcə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə il ərzində müxtəlif tədbirlər olur. Vyananın ən məşhur yerlərində gerçəkləşən bu tədbirlərdə Azərbaycan müğənniləri, fotoqrafları iştirak edir, rəsm əsərləri təşkil olunur. Azərbaycanın Avstriyadakı səfirliyi mədəni əlaqələrin genişlənməsində çox işlər görür. Sizin sualınıza gəlincə, əlbəttə, Azərbaycan son illərədək dünyada daha çox nefti qazı ilə tanınıb. Bu isə onu göstərir ki, hələ müxtəlif mədəniyyət tədbirlərinin keçirilməsinə ehtiyacımız var. Yoxsa Azərbaycan vətəndaşları bəzən Avstriya ilə Avstraliyanı qarışdırırlar. Amma biz qarşılıqlı olaraq bir-birimizi yaxşı başa düşürük.

Azərbaycan hazırda Qafqazda ən çox inkişaf etmiş ölkələrdən biridir. Əlbəttə, ölkənin mədəniyyətinin bütün dünyada tanıdılması üçün zamana ehtiyac var. Düşünürəm ki, Vyanadan Bakıya birbaşa gündəlik uçuş çox asan rahatdır. Lakin hələlik Azərbaycan Avstriyada bir turizm ölkəsi kimi elə tanınmır. İlk növbədə Azərbaycanı mədəni yolla tanıtmaq, gözəl mənzərələrinin olduğunu göstərmək lazımdır. Mən Gəncədə, Şəkidə, Qobustanda olmuşam. Məsələn, Şəki öz dağları ilə birlikdə Avstriyaya bənzəyir. Amma fərqlər var. Şəkidəki karvansaralardan Avstriyada yoxdur. Sizin Xəzər dənizi sahilləriniz gözəldir. Qobustan qayaüstü rəsmləri UNESCO-nun siyahısına daxil edilib. Lakin siz bunu daha populyar edə bilərsiniz. Azərbaycan tarixən Avropa ilə Asiya arasında körpü rolunu oynayıb. Əgər siz kimisə yuxudan oyadıb Azərbaycan haqqında soruşsanız o da cavabında desə ki, bəli, mən o ölkəni tanıyıram, deməli, bu sahədə vəziyyət yaxşıdır.

- "Avropanın mədəniyyət paytaxtları" müsabiqəsinin münsiflər heyətinin üzvüsünüz. Bu layihə Avropa üçün hansı əhəmiyyəti kəsb edir?

- Mən artıq iki ildir ki, müsabiqənin jürisində iştirak edirəm. Layihənin vacibliyi ölkələri, şəhərləri Avropa mədəniyyəti nöqteyi-nəzərindən göstərməkdir. Avropa paytaxtının iki tərəfi var. Birincisi, Avropa ölçüsü deməkdir? Avropa mədəniyyəti ölçüsü proqramda əks olunur. Yəni bu proqramın mahiyyəti bundan ibarətdir ki, şəhər mədəniyyət paytaxtı olduğu dövrdə başqa ölkələrlə əməkdaşlıq etməlidir. İkincisi, şəhər il ərzində Avropa üçün görür? Burada söhbət mübadilədən, əsas tədbirlərdən, mədəniyyət layihələrindən gedir. Qeyd etməliyəm ki, bu, doğrudan da, müvəffəqiyyətli layihədir. Layihə həm şəhərlərin mədəniyyətinin inkişafına, mədəniyyət infrastrukturunun qurulmasına təkan verir.

- Qeyd etdiyiniz kimi, 1998-ci ildən bəri Azərbaycana bir neçə dəfə gəlmisiniz hətta bəzi regionlara da baş çəkmisiniz. Sizcə, ötən müddət ərzində ölkəmiz hansı uğurlara nail olub?

- Azərbaycan mədəniyyət sahəsində böyük uğurlara nail olub. Bu ölkə Avropa Asiya arasında körpü olmaqla Qərb Şərq mədəniyyətini özündə birləşdirir. Bunu musiqidə, rəqsdə, rəssamlıqda da görmək olar. Ölkəniz çox müasirləşib. Sizin sənətçilər xarici ölkələrin ən məşhur səhnələrində çıxışlar edirlər. Bu, doğrudan da, yaxşı inkişaf göstəricisidir. Əlbəttə, ölkənin mədəniyyəti hər zaman töhfələr verməlidir. Lakin əgər sən həddindən çox özünə qapılsan, gec-tez dayanacaqsan. Onda sən sadəcə öz şorbanda qaynayacaqsan. Fikrimcə, XVIII-XIX əsrdə yaşamış muğam ifaçıları bu gün muğamın müasirləşməsini görsələr, heyrətə düşərlər. Əlbəttə, inkişaf lazımdır. Bütün Avropa ölkələrinin milli rəqsləri var. Bu rəqslər həm müasir baletin, müasir rəqslərin təsiri ilə inkişaf edir. Ümumiyyətlə, mədəniyyət öz-özünə inkişaf edən sahədir. Mədəniyyət daş dövründən, məsələn, Qobustandakı həyatın mövcudluğundan bəri inkişaf edir. Bu, muğama, milli rəqsə doğru uzun bir yoldur. Əlbəttə, burada siyasi dəstək olmalıdır. Hər bir incəsənət növü, hətta təbiətin özü yeniliyə can atır.

- Uzun müddətdir ki, mədəniyyət sahəsində çalışırsınız. Mədəniyyətin qloballaşmasına münasibətiniz necədir? Bu proses bizə verir?

- Mən, ümumiyyətlə, qloballaşmaya inanmıram. Burada bir təhlükə var. Böyük bir dünya mədəniyyəti qarışır hər şey bərabər olur. Təsəvvür edin, balaca quş bütün heyvanların ya quşların rəngini götürüb. Məsələn, tutuquşunu götürək. Üzərində bütün rənglərdən var. Bu rənglərin qarışığı isə qeyri-müəyyən boz rəngdir. Yəni qloballaşma boz rəngli görünür. Bir sözlə, bu qarışıq yaxşı təsir bağışlamır. Yəni qarışıq rənglərlə görünmək gülməlidir. Qloballaşmanın ikinci təhlükəsi mədəniyyətin sənayeləşməsidir. Siz bunu rəssamlıqda, musiqidə, internetdə görə bilərsiniz. Mən internetdən hər hansı şəkli yükləyə bilərəm. Bəzi şeyləri dəyişirəm sonra bu mənim mülkiyyətim olur. Elə ədəbiyyatı da hər kəs internetdən yükləyə ya oxuya bilər. Ona görə artıq kitab almaq o qədər vacib deyil. Bu bir prosesdir. Digər tərəfdən, əlbəttə, bütün bunların faydalı tərəfləri var. Məsələn, mən Azərbaycana gəlirəmsə, internetdə axtarıram ölkə haqqında məlumat əldə edirəm. Bu mənim şəxsi təcrübəmdir. Yeni bir ölkəyə getməzdən öncə özümü hazırlayıram, internetdə ölkə haqqında məlumat əldə edirəm.

PƏRVANƏ

 





16.10.2014    çap et  çap et