ABŞ Mərkəzi Amerika ölkəsi Panama ilə ölkə ərazisindən qeyri-qanuni mühacir axınının qarşısını almaq üçün müqavilə imzalayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Watson verdiyi yazılı açıqlamada, ABŞ-nin Panamada qalmaq üçün qanuni əsası olmayan immiqrantların "sürətli, təhlükəsiz və insanpərvər" şəkildə vətənə qaytarılması istiqamətindəki səylərini dəstəkləyəcəyini bildirib.
Bu kontekstdə Watson ABŞ-nin qeyri-qanuni mühacir problemini həll etmək üçün Panama ilə anlaşma memorandumu imzaladığını vurğulayıb.
Panamada yaşamaq icazəsi olmayanların ölkələrinə qaytarılacağını vurğulayan Watson: “Bu insanları mənşə ölkələrinə geri göndərməklə, bölgədə və cənub sərhədimizdə qeyri-qanuni miqrasiyanın qarşısını almağa kömək edəcəyik”, - deyib.
Qeyd edək ki, ABŞ-yə tranzit marşrut olaraq görülən Panamaya qeyri-müntəzəm miqrasiya axını cənub-qərbdə Kolumbiya sərhədində yerləşən Darien Gap vasitəsilə baş verir.
Malik Atilay
çap et