525.Az

75 yaşlı pensiyaçı loteriyadan 5 milyon uddu


 

75 yaşlı pensiyaçı loteriyadan 5 milyon uddu<b style="color:red"></b>

ABŞ-ın Pensilvaniya ştatından ad günü və xərçəng müalicəsinin bitməsini qeyd edən Donna Osborn böyük sürprizlə qarşılnıb.

525.az xarici mətbuata istinadən xəbər verir ki, o loteriya bileti alıb və 5 milyon dollar udub.

"Hava limanında idim. Floridadakı ailəmizə baş çəkməyə gedirdik, amma uçuş gecikdi. Uçuş o qədər gecikdi ki, evə getməyə qərar verdim. Qızım qaldı və Floridaya uçdu. Əgər mən hava limanını tərk etməsəydim, heç vaxt o bileti almazdım!", Osborn deyib.

O bildirib ki, parkinqdə mükafatını görəndə şoka düşüb. Qadın Floridadakı qızına zəng edərək xəbəri ona çatdırıb: "O mənə inanmadı".

Qalib, pul mükafatı ilə nə edəcəyi ilə bağlı da danışıb: "Düşünürəm ki, əlbəttə ki, mükafatın bir hissəsini yatırım edəcəm, amma sonra Alyaskaya gedəcəm!".

Pərvanə Sultanova 

 





03.07.2024    çap et  çap et