https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
https://525.az/img/pics/medium/2024-01/298567_otkmfryng1.jpg Durnalı dəftərlər panteonu
search
18 Aprel 2024

Azərbaycanın uşaq futbolunda biabırçı faktlar

KOMANDALAR OYUNLARA GETMƏYƏ PUL TAPMIRLAR, “LİPA” FUTBOLÇULARIN SAYI DURMADAN ARTIR

Azərbaycanın uşaq futbolunda biabırçı faktlar

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə Azərbaycan çempionatlarında ilginc hadisələr baş verir.

Qol.Az-ın məlumatına görə, aşağı liqaların sponsorlarının mövcud olmasına baxmayaraq, bəzi komandalar matçlarda iştirak etmirlər. Məsələn, “U 14” liqasında bir komanda - “Bakı-008”üçüncü dəfə oyunlara gəlmədiyi üçün yarışlardan kənarlaşdırılıb.

Və ya U-16 Liqasının RİOEUGİM – “Turan” matçında “Turan” klubu iştirak etməyib, buna görə 0:3 hesablı texniki məğlubiyyət alıb.

"Kapital U-15 Liqa"nın “Xəzər Lənkəran” – “Simurq” matçında isə “Simurq”, U-14 Liqasının “Xaçmaz” – ŞKGB matçında ŞKGB klubu iştirak etməyib. U-14 Liqasının UGİM (Qax) – UGİM (Ağdaş) matçında isə UGİM (Qax) klubu tam heyətlə iştirak etməyib. "Coca-Cola U-13 Liqası"nın UGİM (Ağdaş) – “Simurq” görüşündə isə analoqsuz hadisə baş verib. Yerli komanda oyuna çıxmayıb.

Ümumiyyətlə, aşağı liqalarda bir komandanın oyuna getməməsi və digər nöqsanlar az qala ənənə halını alıb. Maraqlıdır ki, federasiya tərəfindən bir komandanın səfər xərci üçün köməklik də edilmir. Hər halda, əgər bu baş versəydi, o zaman aşağı liqalarda yuxarı sadaladığımız, hər turda təkrarlanan biabırçı faklar qeydə alınmazdı. Bu mənada, maraqlıdır, Azərbaycanda uşaq futbolunun inkişafına dövlət tərəfindən AFFA-ya ayrılan vəsait, o cümlədən sponsorlarla bağlanmış müqavilədən götürülən gəlirlər hara və nə üçün xərclənir?   

Aşağı liqalarda diqqət çəkən digər məqam “lipa” futbolçuların çoxluğudur.  

Belə ki, AFFA İntizam Komitəsinin bu gün çıxardığı qərara əsasan, U-14 Liqasının “Xəzər Lənkəran” – “Lerik” matçında “Lerik” klubunun Şamo Qubadovun əvəzinə başqa futbolçu iştirak etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Daha bir “lipa” futbolçu U-14 Liqasının UGİM (Ağstafa) – UGİM (Tovuz) matçında aşkara çıxıb. Məlum olub ki, UGİM (Tovuz) klubunun heyətində Elvin Sadıqov saxta lisenziya ilə iştirak edib. Bu səbəbdən kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Ümumiyyətlə, bu futbolçunun iştirak etdiyi bütün oyunlara görə klub 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Qeyd edək ki, “lipa” futbolçuların oynadığı digər matç  U-14 Liqasının “Masallı” – “Xəzər-92” matçında olub. Həmin görüşdə “Masallı” klubunun heyətində Fuad Abdullayev və Məzahir Cabbarlı saxta lisenziya ilə iştirak ediblər. AFFA İntizam Komitəsi buna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verib. Bu futbolçuların da iştirak etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

“Lipa” futbolçular "Coca-Cola U-13 Liqası"nda da qeydə alınıb. “Gənclik Gimnaziya” – “Qoşqar” matçında “Gənclik Gimnaziya” klubunun futbolçusu Qismət Əliyevin əvəzinə başqa futbolçu iştirak etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

"Coca-Cola U-13 Liqası"nın “Yalama” – ŞKGB matçında ŞKGB klubunun futbolçusu Ramin Süleymanovun da əvəzinə başqa futbolçu iştirak edib. Buna görə klub 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.