525.Az

Dünyanın ən qədim mağara rəsmi tapılıb


 

Dünyanın ən qədim mağara rəsmi tapılıb<b style="color:red"></b>

Fiqurlu mağara sənətinin ən qədim nümunəsi Avstraliya və İndoneziya alimləri tərəfindən İndoneziyanın Cənubi Sulavesi adasında aşkar edilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, üzərində çöl donuzu və üç insana bənzər fiqurun yer aldığı tablonun ən azı 51.200 il yaşı var ki, bu da əvvəllər tapılan ən qədim mağara rəsmindən 5000 ildən çox yaşlıdır.

2019-cu ildə əvvəlki rekordçu İndoneziya mağarasında tapılan və o zaman təxminən 44 min il olduğu təxmin edilən ov səhnəsi olub.

Avstraliyanın Qriffit Universitetinin professoru Maxime Aubert açıqlamasında bildirib ki, kəşf insan təkamülü ilə bağlı fikirləri dəyişəcək.

"Rəsm mürəkkəb bir hekayədən bəhs edir. Bu, nağıl danışmağımıza dair əlimizdə olan ən erkən dəlildir. Bu, o dövrdə insanların mücərrəd şəkildə düşünmək qabiliyyətinə malik olduğunu göstərir", - deyib.

Qeyd edək ki, şəkildə ağzı yarı açıq vəziyyətdə dayanan donuz və ən azı üç insana bənzər fiqur göstərilir.

Malik Atilay 

 





04.07.2024    çap et  çap et