525.Az

Pentaqonun keçmiş müşavirindən müharibə xəbərdarlığı


 

Pentaqonun keçmiş müşavirindən müharibə xəbərdarlığı<b style="color:red"></b>

"ABŞ hakimiyyəti  ölkənin cənub sərhədindəki vəziyyətə məhəl qoymasa, bu durum Birləşmiş Ştatların daxilinə nüfuz edəcək".
525.az xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor deyib.

"Hazırda heç kim sərhəddəki vəziyyətə məhəl qoymur. ABŞ-Meksika sərhədində qeyri-qanuni miqrantlarla bağlı vəziyyət o qədər ciddidir ki, genişmiqyaslı müharibə başlaya bilər. Hizbullah hərəkatının Meksikada öz hücrəsinin olması vəziyyəti daha da gərginləşdirir. Onun burada başlama ehtimalı başqa yerlərdən daha çoxdur", - o deyib.

Bundan əvvəl ABŞ-ın siyasi sığınacaq istəyən qeyri-qanuni mühacirlərinölkədən çıxarılmasını sürətləndirəcəyi bildirilirdi.

Pərvanə Sultanova

 





04.07.2024    çap et  çap et