525.Az

Sunak parlamentdəki yerini itirən ilk baş nazir ola bilər


 

Sunak parlamentdəki yerini itirən ilk baş nazir ola bilər<b style="color:red"></b>

 

Böyük Britaniyanın baş naziri Rişi Sunak qarşıdan gələn ümumi seçkilərdə öz dairəsini itirəcəyindən qorxur.

525.az xəbər verir ki, bu barədə The Guardian yazıb. Mühafizəkarlar Partiyasının fəalları və baş nazirin özü Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı problemlər və qeyri-qanuni miqrasiyaya nəzarət olunmaması səbəbindən dəstəyin azalmasından narahatdırlar.
Nəşr baş nazirə yaxın mənbələrə istinadən yazır ki, Sunak Yorkşirdəki seçki dairəsini itirməkdən qorxur.

Riçmond və Nortallertonda səsvermənin nəticəsini proqnozlaşdırmağınmümkün olmaması həyacan yaradır. Bu, onu kreslosunu itirən ilk hökumət lideri edə bilər. Sunak 2019-cu ildə xalqın 63%-nin səsini qazanaraq qalib gəlib. Ancaq indi mənbələr deyirlər ki, o, həqiqətən Riçmondda uduzmaqdan qorxur. Bu fonda Sunak deputat qalıb-qalmamasından asılı olmayaraq maliyyə xidmətləri sənayesinə qayıtmağı planlaşdırır
Mənbələr bildirib ki, baş nazir həm də vaxtının çox hissəsini evinin olduğu Kaliforniyada keçirməyi düşünür.

Pərvanə Sultanova 

 





04.07.2024    çap et  çap et