İngiltərədə gələcək 5 ildə İcmalar Palatasının üzvlərinin müəyyənləşəcəyi ümumi seçkilərdə səsvermə yerli vaxtla dünən 22:00-da başa çatıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, təxminən 50 milyon seçicinin olduğu ölkədə yerli vaxtla saat 07.00-də İcmalar Palatasının üzvlərini müəyyən etmək üçün qutular açılıb və saat 22.00-da bağlanıb.
Ümumilikdə 4515 namizədin 650 yerlik İcmalar Palatasına daxil olmaq üçün mübarizə apardığı seçkidə ilk dəfə olaraq fotoşəkli şəxsiyyət vəsiqəsi təqdim etmək öhdəliyi qoyulub.
Ümumi seçkilərin 5 ildən bir keçirildiyi İngiltərədə sonuncu seçki 2019-cu ilin dekabrında keçirilib və keçmiş baş nazir Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası qalib gəlmişdi.
Malik Atilay
çap et