525.Az

Təyyarə gölə eniş edib


 

Təyyarə gölə eniş edib<b style="color:red"></b>

Rusiyanın Kareliya Respublikasında “Borey” markalı şəxsi təyyarə Vallas gölünə sərt eniş etmək məcburiyyətində qalıb.

525.az Rusiya KİV-ə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 2 nəfər – pilot və sərnişin olub. Onların hər ikisi qəzadan sağ çıxıblar.

Zərərçəkənlər vertolyot vasitəsilə xilas ediliblər.

Posaviasiyanın verdiyi məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır və qəzanın səbəbləri hələlik bəlli deyil. 

L.Tağıyeva

 





05.07.2024    çap et  çap et