525.Az

Nambiyada qəribə tapıntı


 

Nambiyada qəribə tapıntı<b style="color:red"></b>

Nambiyanın Qai-As bölgəsində qazıntılar zamanı paleontoloqlar elmə indiyə kimi məlum olmayan məxluqun skeletini tapıblar.

525.az xarici mətbuata istinadən xəbər verir ki, onun baş sümüyünün uzunluğu 60 sm-dir. Skeletin başı ilə yanaşı onurğa sümüyü və azı dişi də yaxşı qalıb. 

Alimlər yeni tapıntını Gaiasia jennyae adlandırıblar. Aparılan ilkin araşdırmadan sonra onlar məxluqun 300 milyon il əvvəl yaşadığı qənaətinə gəliblər.

Yeri gəlmişkən, paleontoloqlar qədim yırtıcının ləng olduğunu və ovunu pusqu quraraq yerindən ovladağını da müəyyənləşdirə biliblər.

L.Tağıyeva

 





05.07.2024    çap et  çap et