Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) Efiopiyada 4,5 milyon insanın iyun ayından bu yana ölkə daxilində miqrasiya etmək məcburiyyətində qaldığını bildirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, OCHA-nın Efiopiyada baş verən humanitar böhranla bağlı verdiyi açıqlamada ölkənin şimal və mərkəzi bölgələrində davam edən qarşıdurmalar və əlverişsiz iqlim şəraiti səbəbindən 4,5 milyon insanın miqrasiya etmək məcburiyyətində qaldığı bildirilib.
Açıqlamada, miqrasiyadan ən çox təsirlənən yerlərin Somali və Tiqray bölgələri olduğu bildirilib.
Təhlükəsizlik şərtlərinin uyğun olduğu hallarda geri dönüşlərin dəstəklənməsi lazım olduğu vurğulanıb və bu prosesdə qalıcı həll yollarına ehtiyac olduğu vurğulanıb.
Efiopiyada federal hökumət 2022-ci ilin noyabrında qiyam qaldıran Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) ilə sülh sazişi imzalayıb. Razılaşmadan sonra regional administrasiya TPLF-ə keçib və təşkilat tərksilah edilib. Digər tərəfdən, ölkənin müxtəlif bölgələrində etnik münaqişələr davam edir.
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Efiopiyanın münaqişədən təsirlənmiş Tiqray bölgəsinə göndərilən yardımın əhəmiyyətli hissəsinin başqa yerə yönəldildiyi iddialarından sonra 2023-cü ilin aprelində ərzaq yardımını dayandırıb.
Malik Atilay
çap et