525.Az

Tbilisidə güclü külək və yağış infrastruktura ziyan vurub


 

Tbilisidə güclü külək və yağış infrastruktura ziyan vurub<b style="color:red"></b>

Gürcüstanın paytaxtı Tbilisidə ötən gecədən başlayaraq əsən güclü külək və yağış ağacları aşırıb, şəhər infrastrukturuna ziyan vurub.

"Report" xəbər verir ki, bu barədə Tbilisi meriyası məlumat yayıb.

Qeyri-sabit hava şəraiti xüsusilə Samqori, Krtsanis və Saburtalin rayonlarına ziyan vurub.

Məlumata görə, fəsadların aradan qaldırılması istiqamətində Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətinin yerli əməkdaşları tərəfindən işlər aparılıb.

Şəhər rəhbərliyi dəyən ziyanı hesablayır.

 





07.07.2024    çap et  çap et