525.Az

Aralıq dənizində zəlzələ olub


 

Aralıq dənizində zəlzələ olub<b style="color:red"></b>

Aralıq dənizinin şərqində 4,1 maqnitudalı (Mw) zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi bildirib.

Qurumun verilənlərinə əsasən, yeraltı təkanların ocağı 6,97 km dərinlikdə yerləşib. Türkiyə vaxtı ilə 16:55-də (Bakı vaxtı ilə 17:55) qeydə alınmış təbiət hadisəsinin episentri Muğla şəhərinin Datça rayonundan 251,35 km cənubda olub.

Regionda sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.

 





07.07.2024    çap et  çap et