525.Az

Fransa seçkilərində heç bir alyans mütləq çoxluğu qazana bilmir


 

Fransa seçkilərində heç bir alyans mütləq çoxluğu qazana bilmir<b style="color:red"></b>

Fransada keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinə görə, siyasi bloklardan heç biri 289 mandatın mütləq əksəriyyətini əldə edə bilmir.

525.az “Report”-a istinadən xəbər verir ki, bunu BFMTV telekanalı bildirib.

Beləliklə, “Yeni Xalq Cəbhəsi” solçu alyansı Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunda Milli Assambleyada (parlamentin aşağı palatası) 175-dən 205-ə qədər yer qazanaraq liderlik edir.

Eyni zamanda, “Respublika Naminə Birlikdə” prezident koalisiyası 150-dən 175-ə qədər, sağçı “Milli Mitinq” partiyası isə 115-dən 150-yə qədər mandata malikdir.

 





07.07.2024    çap et  çap et