525.Az

Neft Fondunun 2023-cü ildə gəlirləri 21 661 900,4 min manat, xərcləri 11 832 650,1 min manat olub


 

Neft Fondunun 2023-cü ildə gəlirləri 21 661 900,4 min manat, xərcləri 11 832 650,1 min manat olub<b style="color:red"></b>

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin icrası haqqında” Sərəncam imzalayıb.

525.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin icrası, gəlirlər 21 661 900,4 min manat, xərclər 11 832 650,1 min manat və ya Fondun 2023-cü il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 132,6 faiz, xərclər üzrə 99,9 faiz səviyyəsində olmaqla təsdiqlənib.

 





08.07.2024    çap et  çap et