525.Az

Moskvada Heydər Əliyev və Azərbaycan müstəqilliyi mövzusunda tədbir keçirilib


 

Moskvada Heydər Əliyev və Azərbaycan müstəqilliyi mövzusunda tədbir keçirilib<b style="color:red"></b>

Moskvada Azərbaycan diasporunun mədəni məkanı sayılan "Bakı" kinoteatrında "Heydər Əliyevin Azərbaycan müstəqilliyinin inkişafında möhkəmlənməsində rolu" mövzusunda tədbir keçirilib. Ümumrusiya Azərbaycan Konqresi, Azərbaycan Slavyan Gənclər Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyi Azərbaycan Mədəniyyətinin İnkişaf İntibah Fondunun təşkilatçılığı, İnteraz telekanalının informasiya dəstəyi ilə təşkil olunan gecə Azərbaycan Rusiya dövlət himnlərinin səslənməsi ilə başlayıb. Sonra müstəqilliyimiz haqqında film nümayiş olunub.

ASGA-nın rəhbəri Səbuhi Abbasov tədbir iştirakçılarına ulu öndərimiz Heydər Əliyevin şəxsiyyəti, onun Azərbaycan tarixindəki rolu barədə məlumat verib.

ÜAK-nın icraçı direktoru İlqar Hacıyev ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan üçün, Azərbaycan xalqı üçün böyük əməyindən söz açıb. Ümummilli liderin gənclərə həmişə dəstək olduğunu vurğulayan icraçı direktor, Heydər Əliyevlə Azərbaycan müstəqilliyi kəlmələrinin bir ifadə olduğunu xatırladıb.

Tədbirdə, həmçinin, Rusiya Federasiyasında fəaliyyət göstərən azərbaycanlılar ASGA tərəfindən mükafatlandırılıb. 6000-dən çox respondent arasında aparılan sorğunun nəticələrinə görə, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu "İlin səfiri" adına, Ümumrusiya Azərbaycan Konqresi "İlin diaspor təşkilatı" adına layiq görülüb. Bundan əlavə, Azərbaycançılığın Rusiyada yayılmasına görə Azərbaycan mədəniyyətinin inkişaf intibah fondunun rəhbəri Şəmil Tağıyev, İnformasiya dəstəyinə göstərilən təşkilati yardıma görə İnteraz Telekanalının redaktoru İqbal Rüstəmov ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev mükafatlandırılıblar.

Tədbir çərçivəsində artıq bir aydır ki, davam edən "Heydər Əliyevin Azərbaycan müstəqilliyinin inkişafı möhkəmlənməsində rolu" adlı müsabiqənin yekunları da açıqlanıb. Müsabiqədə iştirak edən 200-ə yaxın gənc arasında birinci yerə  Ümumrusiya Azərbaycan Konqresi saytının baş redaktoru Rusiya Hamı Üçün internet portalının redaktoru - gənc jurnalist yazar Nilufər Şıxlı layiq görülüb. Gənclərə Heydər Əliyev Fondu ASGA tərəfindən diplom qiymətli hədiyyələr təqdim olunub.

 





17.10.2014    çap et  çap et