525.Az

Fransada silahlılar toya hücum edib, ölən var


 

Fransada silahlılar toya hücum edib, ölən var<b style="color:red"></b>

Fransada maskalı silahlı şəxslər toya hücum edərək qonaqlara atəş açıblar.

525.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Hücum Moselle departamentinin Tonvil kommunasında baş verib. Həmin gün yüzə yaxın qonaq ziyafət salonunda türkiyəli cütlüyün toyunu qeyd edib. Bu zaman silahlı şəxslər toy salonuna daxil olaraq insanlara atəş açıb.

Ümumilikdə 6 nəfər xəsarət alıb, onlardan birinin həyatını həkimlər xilas edə bilməyib. Ağır yaralanmış üç nəfər, o cümlədən hamilə qadın xəstəxanaya aparılıb.

Fransanın “Le Figaro” qəzeti yerli polisdəki mənbələrə istinadən xəbər verir ki, atışma Moselledə narkotik alverçiləri arasında münaqişə ilə bağlı olub.

Pərvanə Sultanova

 





08.07.2024    çap et  çap et