525.Az

Səudiyyə Ərəbistanı Qəzzaya havadan ərzaq yardımı edib


 

Səudiyyə Ərəbistanı Qəzzaya havadan ərzaq yardımı edib<b style="color:red"></b>

Səudiyyə Ərəbistanı Krallığı İsrail qüvvələri tərəfindən sərhəd keçidləri bağladığına görə İordaniya ilə əməkdaşlıq edərək Qəzza zolağına havadan ərzaq yardımı həyata keçirib.

525.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Kral Aparatının müşaviri, Kral Salman Fövqəladə və Humanitar Yardım Mərkəzinin baş direktoru Dr. Abdullah bin Əbdüləziz Əl-Rəbia bildirib.

O, ölkəsinin Qəzza zolağına keyfiyyətli ərzaq yardımı göndərdiyini açıqlayıb. Baş direktorun sözlərinə görə, hava ilə atılan qida ehtiyatları qızdırılmaya ehtiyac olmadan dərhal istehlaka yararlıdır.

İordaniyanın xeyriyyə cəmiyyətləri və Silahlı Qüvvələri ilə əməkdaşlıq şəraitində baş tutan aksiyaya 30 ton humanitar yardım daxil edilib. Krallıq yardımın Qəzza zolağına havadan buraxılması üçün İordaniyanı çətir və torlarla təmin edib.

Əl-Rəbia humanitar yardıma ehtiyacı olan insanların çoxluğunu nəzərə alaraq, havadan çatdırılmanın davamlı olmadığını qeyd edib və sərhəd keçidlərinin açılmasına çağırıb.

Onun sözlərinə görə, Krallığın fələstinlilər üçün kampaniyası indiyədək 184 milyon dollardan çox vəsait toplayıb. Krallığın idarə etdiyi 54 təyyarədən ibarət hava körpüsü və səkkiz gəmidən ibarət dəniz körpüsü hələ də fəaliyyət göstərir.

Pərvanə Sultanova

 





08.07.2024    çap et  çap et