Xabarovskda katerin batması nəticəsində 3 nəfər itkin düşüb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə bazar gününə keçən gecə Amir çayının şəhərdən keçən hissəsində baş verib.
Qəza zamanı 1 kişi və 1 qadın üzərək sahilə çıxmağı bacarıb. Keterin sahibi və daha 2 qadından isə xəbər yoxdur.
Rusiya FHN-nin verdiyi açıqlamada xilasetmə işləri üçün 3 qrup ayrıldığı və axtarışların hələlik nəticə vermədiyi bildirilir.
Qeyd edək ki, ilin bu vaxtları Amurda suyun səviyyəsi və burulğanların sayı artır ki, bu da xilasetmə işlərini çətinləşdirir.
L.Tağıyeva
çap et