525.Az

Şimali Koreyadan Cənubi Koreyanın keçirdiyi hərbi təlimə reaksiya


 

Şimali Koreyadan Cənubi Koreyanın keçirdiyi hərbi təlimə <b style="color:red">reaksiya</b>

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jonq Cənubi Koreyanın sərhəd bölgəsində həqiqi döyüş sursatından istifadə edilən təlimi "intihar isteriyası" kimi təsvir edərək Seula reaksiya verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, Kim Yo-jonq “təxribatların davam edəcəyi təqdirdə” Pxenyanın “hərbi addımlar” atacağı barədə xəbərdarlıq edib.

Son zamanlar sərhəd bölgələrində həqiqi sursatla hərbi təlimlər keçirən Seulu "gərginliyi qəsdən artırmaqda" günahlandıran Kim deyib: "Əsl sual, düşmənin niyə sərhədə yaxın bir bölgədə belə döyüş təlimlərinə başladığıdır. Bu, intihardır."

Cənubi Koreya hökumətinin gərginliyi artıraraq "daxili siyasət böhranından" qaçmaq istədiyini iddia edən Kim: "Bizim suverenliyimizi pozduqlarını və müharibə elanına bərabər addımlar atdıqlarını qiymətləndirsək, silahlı qüvvələrimiz səlahiyyətlərini dərhal yerinə yetirəcək”, - deyib.

Digər tərəfdən Cənubi Koreya Müdafiə Nazirliyi sözügedən bölgədə həqiqi sursatdan istifadə edilən təlimlərin proqram çərçivəsində davam etdiriləcəyini açıqlayıb.

Malik Atilay 

 





08.07.2024    çap et  çap et