Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung"da çalışan 6500-dən çox işçi daha ədalətli maaş tələbi ilə bu gündən etibarən üç günlük etiraz aksiyası elan ediblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, həmkarlar ittifaqı işçilərinin tələbləri arasında illik məzuniyyətlərin bir gün artırılması da var.
Həmkarlar ittifaqı tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə yenidən tətil edəcəklərini bildirib.
Şirkət rəhbərliyi və həmkarlar ittifaqı yanvar ayından danışıqlar aparır. Həmkarlar ittifaqı şirkətin təklif etdiyi 5,1 faizlik maaş artımını rədd edib.
Tətildə olan Milli Samsung Elektron Birliyinin (NSEU) üzvlərinin sayı təxminən 30 min nəfərdir ki, bu da "Samsung"un Cənubi Koreyadakı işçilərinin dörddə birinə bərabərdir.
Bununla belə, həmkarlar ittifaqı bu həftəki tətildə əksəriyyəti istehsal sahələrində və məhsul inkişaf şöbələrində çalışan təxminən 6540 işçinin iştirak etdiyini açıqlayıb.
Mütəxəssislər bildiriblər ki, tətil edənlərinin sayının az olması və avtomatlaşdırılmış istehsal səbəbindən tətilin dünyanın ən böyük çip istehsalçısının işinə böyük təsir göstərməyəcək.
Malik Atilay
çap et