525.Az

Livandan İsrailə 20-dən çox raket atılıb


 

Livandan İsrailə 20-dən çox raket atılıb<b style="color:red"></b>

İsrailin hava hücumundan müdafiə sistemləri Livandan atılan raketlərin bir hissəsini ələ keçirib.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Ordusunun “Telegram” kanalında məlumat verilib.

Məlumata görə, İsrail ərazisinə 20-dən çox raketin atılıb. Hava hücumundan müdafiə sistemlərinin qarşısını ala bilmədiyi sursatların bir hissəsi yaşayış olmayan əraziyə düşüb.

Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

 





08.07.2024    çap et  çap et