525.Az

İsveç üçün ən böyük təhlükə


 

İsveç üçün ən böyük təhlükə<b style="color:red"></b>

İsveç hökuməti ölkənin təhlükəsizliyi baxımından Rusiyanı ən böyük təhlükə hesab edir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Yonson keçirdiyi mətbuat konfransında bildirib.

"Rusiya ölkəmizin suverenitetliyi üçün ən böyük və qorxulu təhlükədir. Həm də bu təhlükə İkinci Dünya Müharibəsindən sonra ilk dəfə pik həddə çatıb", - deyə Pol Yonson söyləyib.

Yeri gəlmişkən, skandinav dövlətinin rəhbərliyinin fikrincə, bu baxımından ikinci sırada son illər texnologiya sahəsində xeyli inkişaf etmiş Çin dayanır.

L.Tağıyeva

 





09.07.2024    çap et  çap et