525.Az

Qəzzada son sutkada 50 fələstinli öldürülüb


 

Qəzzada son sutkada 50 fələstinli öldürülüb<b style="color:red"></b>

İsrail qüvvələrinin hərbi əməliyyatı nəticəsində Qəzza zolağında son sutka ərzində 50 fələstinli həlak olub.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi teleqram kanalında məlumat yayıb.

Məlumata görə, zərərçəkənlər isə 130 nəfərdir.

Bildirilib ki, ölənlərin ümumi sayı 38 243 nəfərə, yaralananlar isə 88 033 nəfərə çatıb.

 





09.07.2024    çap et  çap et