525.Az

Rumıniyada pilotların etirazına görə nazirlər NATO sammitinə uça bilməyib


 

Rumıniyada pilotların etirazına görə nazirlər NATO sammitinə uça bilməyib<b style="color:red"></b>

Rumıniyanın “Tarom” dövlət hava yolu şirkətinin bəzi reysləri ləğv edilib. Buna səbəb pilotların xəstə olduqlarını deyərək işə çıxmamalarıdır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, əslində pilotlar uçuş təhlükəsizliyinin kifayət qədər təmin edilməməsi, maaşların aşağı olması və digər problemlərə görə etirazlarını bu şəkildə ifadə ediblər. Həmkarlar İttifaqları hələ tətil elan etməyiblər, lakin sızan məlumatlar bunun mümkün olduğunu göstərir.

Uçuşların ləğvi turizm mövsümünün və yay tətilinin qızğın vaxtında baş verib.  Sərnişinlər baş verənlərdən hiddətləniblər.

Etirazlar həm də Rumıniyanın xarici işlər və müdafiə nazirlərini Vaşinqtonda keçiriləcək NATO sammitinə aparmalı olan reysin təxirə salınmasına gətirib çıxarıb. Nəqliyyat naziri Sorin Qrindyanu şirkət rəhbərliyinə ultimatum təqdim edib.

Pərvanə Sultanova

 





09.07.2024    çap et  çap et