525.Az

ABŞ Polşaya silahlı qüvvələr üçün 2 milyard dollar verəcək


 

ABŞ Polşaya silahlı qüvvələr üçün 2 milyard dollar verəcək<b style="color:red"></b>

Birləşmiş Ştatlar Polşa ilə silahlı qüvvələri maliyyələşdirmək üçün 2 milyard dollarlıq birbaşa kreditin ayrılması ilə bağlı ikinci sazişi elan edib.

525.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

"Polşa ABŞ-ın güclü müttəfiqidir və bu razılaşma NATO-nun şərq cinahını daha da gücləndirəcək", - amerikalı rəsmi deyib.

Miller xatırladıb ki, Polşa F-35 təyyarələri, Patriot hava hücumundan müdafiə sistemləri və Abrams tankları kimi Amerika müdafiə avadanlığının alınması da daxil olmaqla, silahlı qüvvələrini modernləşdirmək üçün geniş proqram həyata keçirir.

Pərvanə Sultanova

 





09.07.2024    çap et  çap et